Texnoloji yatırım

İşimiz yüklərin daşınmasından ibarət olsa da, bu işə texnologiya qatmağı unutmamışıq. GPS quraşdırılmış yük avtomobillərimizdən əldə etdiyimiz dataları analiz edərək, işimizi daha təkmil qurmağın yollarını araşdırırıq. Məqsədimiz uzun yolları qısaltmaq, yüklərin vaxtında və təhlükəsiz çatdırılması prosesini optimallaşdırmaqdır.

Məlumatlı olmaq

Biz hər sifariş təslimindən sonra sürücülərlə müzakirələr aparırıq. Məqsədimiz onlardan əldə etdiyimiz məlumatlar əsasında üzləşə biləcəyimiz xoşagəlməz hadisələrə qarşı qabaqlayıcı tədbirlər görməkdir. Bu prosesləri tənzimləməyimiz yükünüzü vaxtında ünvana çatdırmağa və baş verə biləcək hadisələrə hazırlıqlı olmağa imkan yaradacaq.

Bazar payı

Beynəlxalq yükdaşımaları sektorunda bazar payımızı artırmaq və marka dəyərimizi formalaşdırmaq üçün təkmilləşmək yolunu seçmişik. Bu yol isə müvafiq sahə üzrə İSO 9001, İSO 14001 və GDP sertifikatlarının əldə olunması, o cümlədən əhatə dairəsini genişləndirməkdən keçir.

İxtisaslaşmaq

Logistika sahəsində bazarda olan boşluqların aradan qaldırılmasında çox maraqlıyıq. Bu istiqamətdə üzərimizə düşən işi layiqincə yerinə yetirmək üçün insan kapitalına yatırım edirik. Sürücülərimizin daim təkmilləşməsi və beynəlxalqda baş verən dəyişikiklikləri mənimsəmələri üçün davamlı təlim və tədris proqramları təşkil edir, sahə üzrə ixtisaslaşmaları üçün çalışırıq.

Qayğı və dəstək

Bizim əsas dəyərlərimiz əməkdaşlarımızdır. Onların maraqlarını və təhlükəsizliyini təmin etmək üçün daim yeni yollar axtarırırq. Biz bilirik ki, əməkdaş həyatının ən gözəl dövrlərini şirkətin inkişafına qurban verirsə, şirkət də öz növbəsində bu fədakarlığı bunu görməli və layiqincə mükafatlandırmalıdır.

Dürüstlük

Bu xüsusiyyət işimizin əsasını təşkil edir. İstər şirkətdaxili fərdi, istərsə də korporativ münasibətlərdə hər kəsi bu üstünlük verdiyimiz bu dəyər prinsipinə daim sadiq qalmağa çağırırıq. Biz inanırıq ki, dürüstlük üzərində qurulan istənilən növ münasibətlər daha möhkəm və uzunmüddətli olur.

Komanda və Təhlükəsizlik

Ev yiyəsi uzaq yola çıxan birisinin arxasınca su atdığı kimi biz də yola saldığımız hər yük avtomobili üçün bir ənənə formalaşdırmışıq. Biz inanırıq ki, təhlükəsizlik məsələsi də  bir komanda işidir. Onu tək deyil, cəm halında görməklə qarşısını almaq olar.

Ətraf mühit

Şirkətimizdə olan əməkdaşların böyük hissəsini təbiət sevər sürücülər təşkil edir. Bir yükdaşıma şirkəti üçün təbiətin nə qədər önəmli olduğunu bilmək istəyirsinizsə, sürücülərimizdən səfər getdikləri ölkələrdəki sevdikləri və dayanıb istirahət etdikləri yaşıl güşələri soruşun.