Bu xidmət növünü seçən müştərilər eyni anda həm vaxta, həm də büdcəyə qənaət etmək istələr də nəticədə yalnız birini seçməli olurlar. 

Seçim isə bir çox hallarda büdcəyə qənaət etmək olur. LTL (Less Than Truckload) yük daşımalarında yüklənmə və boşalma üçün təyinat nöqtələrinin fərqli istiqamətlərdə olması, hər yük üzrə sənədləşmə prosesinin vaxt alması Sizin üçün yorucu və vaxt aparan olsa da, bizim üçün rekordumuzu yeniləmək üçün yeni bir mübarizədir. Yuxarıda qeyd olunan proseslər nə qədər mərhələli olsa da, yerli və xarici daşınmalar üzrə təcrübəmiz bu prosesləri sürətli və təhlükəsiz şəkildə keçməyə imkan verir. Fresh logistics şirkətinin avtomobillərində Sizin kiçik və böyük həcmli yükləriniz üçün hər zaman yer var.

LTL yük daşımaları xidmətinin “fresh” üstünlükləri:

Fikir veririk

Bizim üçün şirkətin imici daha önəmlidir. Yerli və beynəlxalq yük daşımaları bazarındakı mövqeyimizi “Təki pul olsun” şüarını əsas tutmadığımız üçün daşıdığımız yüklərin bir-biri ilə uyğunluq təşkil etməsinə ciddi fikir veririk. Yükünüzü hər yükün yanına qoymaq? Bu bizim işləmə prinsiplərimizə ziddir.

Biz məşğul oluruq

Avtomobilə yüklənəcək yüklərin sayı, çatdırılma ünvanları, yükləmə-boşaltma ardıcıllıqları və həcmləri fərqli olduğu üçün sənədləşmə proseslərini biz özümüz operativ şəkildə tənzimləyəcəyik. Yetər ki, yükünüzün sənədləri doğru və tam şəkildə olsun.

Tətbiq edirik

6 ildən çoxdur sürücülərimizin gördükləri yenilikləri və üzləşdikləri çətinlikləri araşdırıb daha yaxşı xidmət göstərmək üçün işimizdə tətbiq edirik. Siz yükünüzün daşınma tələblərini irəli sürürsünüz, biz isə onun daha praktik daşınmasını təmin edirik.

Qiymət siyasəti

Burada əsas üstünlüyümüz şirkətimizin şəxsi avtomobil parkının olmasıdır. 32 müxtəlif ölçülü və markalı yük avtomobillərimiz ilə Sizə daha münasib qiyməti təklif edə biləcəyimizə şübhəniz olmasın. Bu sahədə brokerlik edənləri kənara qoyub, qiyməti ilk mənbədən alın.