Bu kimi xoşagəlməz halların qarşısını almaq kimi bir yükü üzərimizdə daşımaq çətin olsa da, prosesi tənzimləmək korporativ münasibətlərə yatırım edirik. Avtoparkımızda 32-dən çox müxtəlif yük avtomobilləri mövcud olsa da, başqa nəqliyyat şirkətləri ilə olan münasibətlərimizi daim inkişaf etdirməkdə maraqlıyıq. Bu korporativ münasibətləri genişləndirməkdə əsas məqsəd bazarın artan tələbatını davamlı olaraq təmin etmək və yerli bazarda dəyişkən qiymət dəhlizində sərfəli qiymət təklif edən şirkət mövqeyini qoruyub saxlamaqdan ibarətdir. Biz də Fresh Logistics olaraq freight forwarding xidməti çərçivəsində bazarda qiymət şəffaflığını və optimal qiymət dəhlizini qoruyub saxlamaq üçün çalışır, yük sahiblərini bu istiqamətdə daim yenilənən məlumatlarla maarifləndiririk.